Rusiyada falçılar və astroloqlar üçün cinayət cəzası tətbiq olunacaq

Rusiyada falçılar və astroloqlar üçün cinayət cəzası tətbiq olunacaq
Dünya 14

Bu gün Rusiya qanunvericiliyi falçılar, astroloqlar, ekstrasenslər və ezoterizmin digər "fiqurları" tərəfindən xidmətlərin göstərilməsini tənzimləmir.

BAKU.WS "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiyanın fəxri hüquqşünası Dmitri Krasnov deyib.

O, bildirib ki, Rusiya dünyəvi dövlətdir, burada pul müqabilində hər hansı sehrli ayin və mərasimlərin keçirilməsi dələduzluqdur.

Əslində, nəticəsini qiymətləndirmək mümkün olmayan xidmətlərə görə rüsumların tətbiqi başqasının əmlakının dələduzluq yolu ilə oğurlanmasıdır. Vəkil hesab edir ki, bu gün istənilən falçı buna görə məsuliyyətə cəlb oluna bilər, amma cəza daha ağır olmalıdır.

Dövlət Dumasının özünü sehrbaz, astroloq və ekstrasens kimi təqdim edən fırıldaqçıların fəaliyyəti ilə maraqlanması onu deməyə əsas verir ki, tezliklə onlara qadağa qoyulacaq, o cümlədən bununla bağlı hər şey peşəkar fəaliyyət növlərinin siyahısından çıxarılacaq.

Son xəbərlər