Rusiyada dəhşətli yol qəzası - Yanacaqdaşıyan maşın digər maşınlarla toqquşub ALIŞDI

Rusiyada dəhşətli yol qəzası - Yanacaqdaşıyan maşın digər maşınlarla toqquşub ALIŞDI
Video
Dünya 44

Rusiyanın Rostov vilayətində dəhşətli yol qəzası baş verib.

BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, qəzaya yanacaq çəninin nasaz təkəri səbəb olub.

Məlumatına görə, təkər partlayıb və nəticədə yük maşını dörd digər nəqliyyat vasitəsi ilə toqquşub. Daha sonra yanacaq çəni partlayıb. Bu zaman digər nəqliyyat vasitələri də alovlanıb və yanıb. Nəticədə 3 nəfərin öldüyü deyilir.

Hazırda faciə yerində güclü tüstü var və təcili yardım xidmətləri 200 kvadrat metr ərazini əhatə edən yanğını söndürmək üçün çalışır.

Son xəbərlər