Rusiyada çağırış qaydaları dəyişir: Dövlət Duması yayınma imkanlarını aradan qaldırır

Rusiyada hərbi xidmətə çağırış yeni qaydalarla həyata keçiriləcək. Dövlət Duması bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib. Yeniliyə əsasən, yaz çağırışı zamanı qoşun hissələrinə göndərilməyənlər payızda avtomatik hərbi xidmətə cəlb olunacaqlar.
BAKU.WS mk.ru-ya istinadən xəbər verir ki, dumanın müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, hər çağırış mövsümündə hərbi komissarlıqlar tələb olunan saydan daha çox çağırış vərəqəsi göndərir. Bu isə bəzi qərarların ləğv olunmasına səbəb olur.
Məsələn, 2023-cü ilin yaz çağırışı nəticəsində 11,6 mindən çox çağırış qərarı ləğv edilib.
Nəticədə, həmin şəxslər payızda yenidən psixoloji və tibbi yoxlamalardan keçməli, çağırış komissiyasının iclasına qatılmalı olublar. Yeni qaydalara görə, bu prosedur avtomatlaşdırılacaq və təxirə salınan çağırışçılar növbəti mövsümdə mütləq xidmətə göndəriləcəklər.
Oxşar xəbərlər
Zelenski Ukraynanın "qırmızı xətt"ini göstərdi
"Müvəqqəti işğal altındakı ərazilərimizin Rusiyanın tərkib hissəsi hesab olunması bizim üçün "qırmızı xət"dir. Biz buna getməyəcəyik". Oxu.Az xarici KİV-ə istin...
