Rusiyada bu şəxsləri meqopolisləri tərk etməyə çağırdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada allergiya xəstələrinə böyük şəhərləri tərk etmələri ilə bağlı xəbərdarlıq olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Morozov adına xəstəxananın 1 saylı ambulatoriya şöbəsinin müdiri Anastasiya Konstantinova "Moskva danışır" radiosuna müsahibəsində deyib.
"Biz metropolda yaşayan insanlarıq. Təəssüf ki, bizdə allergik reaksiyaları qabardacaq ünsürlər var. Böyük şəhərdən köçmək, yəqin ki, əla seçim və məsləhətdir. Yəqin ki, hamı istəməz. Və bəlkə də hamı metropoldan köçə bilmir, amma bu, müasir cəmiyyətdə problemdir", - deyə həkim izah edib.
Konstantinova əlavə edib ki, indi allergiya ilə bağlı problemlər daha tez-tez baş verir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...