Rusiyada 6 yaşlı uşaq alışqanla oynayarkən həyət evini və tövləni külə çevirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Saratov vilayətində azyaşlı alışqanla oynayaraq tikililəri yandırıb.
Saratov vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kalininisk şəhərində uşaq şıltaqlığı böyük yanğına səbəb olub – uşaq alışqanla oynayarkən bir neçə tikili yanıb.
Altı yaşlı oğlan valideynlərinin nəzarəti olmadan alışqan tapıb. O, tövlədə olan parçaları yandırıb, alov sürətlə yayılıb.
Nəticədə yanğın tamamilə bir tövləni, bir həyət evini məhv edib, həmçinin çoxmənzilli binanın dam örtüyünə ziyan dəyib. Alovun söndürülməsinə doqquz yanğınsöndürən və iki texnika cəlb olunub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...