Rusiyada 30-dan çox miqrant hərbi komissarlığa aparılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Nijni Novqorod şəhərində yerləşən Kanavinski rayonundakı yataqxanaya basqından sonra yerli vətəndaşlığı almış, lakin hərbi xidmət üçün qeydiyyatdan keçməmiş 30-dan çox əcnəbi hərbi komissarlığa aparılıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nijni Novqorod qarnizonu üzrə hərbi istintaq idarəsi məlumat yayıb.
Qordeyevskaya küçəsində yerləşən yataqxananın ərazisində keçirilən profilaktik reyd zamanı 250-dən çox xarici ölkə vətəndaşı müəyyən edilib.
Onlardan 30-dan çoxu Rusiya vətəndaşlığını almasına baxmayaraq, hərbi xidmət üçün qeydiyyatdan keçməyib.
Saxlanılanların hamısı rayon hərbi komissarlığına təhvil verilib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...