Rusiya Xarkovun mərkəzinə raket zərbəsi endirdi: 19 yaralı var

Rusiya Xarkovun mərkəzinə raket zərbəsi endirdi: 19 yaralı var
Dünya 30

Rusiyanın Ukraynanın Xarkov şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 19 nəfər xəsarət alıb. Yaralananlar arasında azyaşlı uşaq da var.

BAKU.WS-in məlumatına görə, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hücumdan sonra 19 nəfər tibbi yardıma müraciət edib. Onun sözlərinə əsasən, yaralılar arasında 6 aylıq körpə də olub, lakin uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb.

Sinequbov qeyd edib ki, xəsarət alan şəxslərin yaşı 20 ilə 79 arasında dəyişir. Bir nəfərin isə güclü psixoloji sarsıntı keçirdiyi bildirilir.

Hazırda bütün zərərçəkənlərə müvafiq tibbi yardım göstərilir.

Hadisə yerində xilasetmə və axtarış tədbirləri davam etdirilir. Ukraynanın Baş naziri Yuliya Sviridenko isə hücum anlarını əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Son xəbərlər