Rusiya və Kuba arasında yeni sazişlər imzalandı
Rusiya və Kuba bir neçə sahə üzrə əməkdaşlıq sazişləri imzalayıb.
BAKU.WS xəbər verir ki, Sankt-Peterburqda keçirilən Rusiya-Kuba hökumətlərarası ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq komissiyasının 23-cü iclasının yekununda hər iki ölkənin müəssisə və təşkilatları iqtisadi və sosial sahələri əhatə edən bir sıra razılaşmalar əldə edib.
Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko tərəflərin görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, keçirilən iclas birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsinə töhfə verəcək.
Çernışenko Kuba nümayəndələrini Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu və "Səyahət et" adlı Beynəlxalq Turizm Forumunda iştirak etməyə dəvət edib.
Bundan əlavə, o qeyd edib ki, 2025-ci ildə Rusiyadan Kubaya dərman istehsalı üçün 6 ton xammal göndərilib və farmasevtika sahəsi iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri hesab olunur.
Oxşar xəbərlər
UNCTAD: Hörmüz boğazının bloklanması dünya ticarətinin artımını kəskin yavaşlada bilər
Hörmüz boğazı vasitəsilə gəmiçiliyin mümkün dayanması fonunda dünya ticarət dövriyyəsinin artımı əhəmiyyətli dərəcədə yavaşlaya bilər. BAKU.WS "Report"a istinad...