Rusiya üzərində gecə ərzində 36 PUA vurulub
Rusiya HHM vasitələri ölkənin beş regionu üzərində Ukraynaya məxsus 36 PUA vurub və yaxalayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"11 aprel saat 20:00 Moskva vaxtı ilə (Bakı vaxtı ilə 21:00) 12 aprel saat 06:30-a qədər olan müddətdə növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 36 Ukrayna pilotsuz uçuş aparatı yaxalanıb və məhv edilib", – nazirlikdən bildirilib.
Əlavə olunub ki, 18 PUA Kursk vilayəti, 13 PUA Rostov vilayəti, 2 PUA Orlov və Belqorod vilayətləri, 1 PUA isə Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.
Oxşar xəbərlər
Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib
Venesuelanın vəzifəsindən uzaqlaşdırılmış prezidenti Nikolas Maduronun yaxın müttəfiqi Aleks Saab ABŞ məhkəməsində ölkədəki böhran dövründə ərzaq idxalı üzrə sə...