Rusiya Ukraynanın şəhərlərinə 100-dən çox raket atıb - Ölkədə enerji böhranı yaşanır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Hərbi-Kosmik Qüvvələri (HKQ) Ukraynanın enerji obyektlərinə kütləvi zərbə endirib. Hücumun nəticəsində bütün ölkə ərazisində fövqəladə enerji kəsintiləri tətbiq edilib.
Ukraynanın Energetika naziri German Qaluşenko bildirib ki, "Ukrenerqo" şirkəti ölkənin enerji sistemini sabitləşdirmək üçün çalışır.
Zərbələrdən əvvəl Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
Monitorinq resurslarının məlumatına görə, eyni vaxtda Ukrayna səmasında təxminən 30 raket olub. Rusiyalı hərbi müxbir Semen Peqov özünün "WarGonzo" teleqram kanalında bildirib ki, 28 noyabr səhəri saatlarında 12 "TU-95MS" bombardmançısının uçuşu qeydə alınıb. Ümumilikdə, iki zərbə dalğası haqqında məlumat var və bu zaman 100-dən çox raketin buraxıldığı ehtimal olunur.
Hərbi müşahidəçi Denis Popoviç isə bildirib ki, Rusiya enerji infrastrukturunu məhv etməklə yanaşı, Ukraynanın bu hissəsində hərbi logistikanı ələ keçirməyə cəhd edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...