Rusiya Suriyadakı müxalifətin bütün tərəfləri ilə təmasdadır
Rusiya Suriyadakı müxalifətin bütün tərəfləri ilə təmasdadır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Biz Suriya cəmiyyətindəki bütün etno-konfessional qüvvələrin fikirlərinə hörmət etməyə çağırırıq və yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında inklüziv siyasi prosesin qurulması səylərini dəstəkləyirik. Həmçinin BMT-nin bu yanaşmaları nəzərə alacağını gözləyirik", - məlumatda bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Suriyada baş verən dramatik hadisələri narahatlıqla izləyir: "Prezident Bəşər Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib".
Həmçinin bildirilib ki, Rusiya Suriyadakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür: "Rusiyanın Suriyadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib. Hazırda onların təhlükəsizliyinə ciddi təhdid yoxdur".
Oxşar xəbərlər
Təyyarə qəzasında xəsarət alanlardan səkkizi süni tənəffüs aparatına qoşulub
Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyy...