Rusiya qazının Ermənistana nəqli dayandırıldı - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda təcili bərpa işləri ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC-nin mətbuat yayıb.
Bildirilib ki, səhər saat 9-dan axşam saat 18-dək Şimali Qafqaz - Zaqafqaziya qaz kəməri hissəsində təmir işləri aparılacaq və bu səbəbdən Ermənistana müvəqqəti olaraq tədarük olmayacaq.
"Qazprom"un törəmə şirkətinin nümayəndələri vurğulayıblar ki, istehlakçılara tədarük hələlik daxili ehtiyatlardan və İrandan gələn əlavə həcmlərdən istifadə edilməklə həyata keçiriləcək.
Rusiya şirkəti Ermənistanın yeganə qaz tədarükçüsüdür. Ölkə onu İrandan da alır, emal edərək elektrik enerjisinə çevirir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...