Rusiya: Qara dənizdə Ukraynaya məxsus 4 hərbi yük gəmisi vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus hərbi yüklər daşıyan dörd gəminin vurulduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarla bağlı yaydığı gündəlik məlumatda bildirib.
Məlumata əsasən, zərbələr nəticəsində Ukraynaya aid hərbi təyinatlı yükləri daşıyan dörd gəmi hədəfə alınıb.
Nazirlik, həmçinin Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun istifadə etdiyi nəqliyyat infrastrukturuna qarşı əməliyyatları davam etdirdiyini qeyd edib. Bildirilib ki, hücumlar zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...