Rusiya ordusunun zərbələri nəticəsində Kiyev vilayətində ölənlərin sayı 10-a çatıb
Kiyev vilayətinə endirilən zərbə nəticəsində ölənlərin sayı 10-a çatıb, 100-ə yaxın insan isə yaralanıb.
BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Ruslan Kravçenko bildirib.
"Rusiya yenidən Kiyev vilayətinə raket zərbəsi endirib. 10 nəfər həlak olub, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatlar dəqiqləşdirilir", - açıqlamada qeyd olunub.
Kiyev Vilayət Hərbi Administrasiyasının məlumatına görə, zərbə Ukrayna müdafiə sənayesi nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirildiyi özəl poliqonun ərazisinə endirilib.
Zərbələr üç ballistik raketdən istifadə olunmaqla həyata keçirilib və onlardan birini Ukrayna tərəfi zərərsizləşdirib.
Oxşar xəbərlər
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq edib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İo...