Rusiya ordusunun Dnepropetrovska zərbələri nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib.
Onun sözlərinə görə, yaralananlar arasında 2 uşaq var.
"Pavloqrada səhər endirilən zərbə nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. 3 nəfər orta ağır vəziyyətdə xəstəxanadadır. Aralarında 1-dən 13 yaşınadək uşaqların da olduğu digər şəxslər ambulator şəraitdə müalicə alacaqlar. Nikopol rayonunda 81 yaşlı qadın yaralanıb. O, ambulator şəraitdə müalicə olunacaq", - A. Qanja qeyd edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...