Rusiya ordusu Donetskə zərbələr endirib, ölən və yaralılar var
Ukraynanın Donetsk vilayətində sakinlərin təxliyəsi zamanı Rusiyanın dron zərbələri nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu şəhər hərbi administrasiyasının rəhbəri Sergey Qorbunov bildirib.
"Konstantinovkada təxliyə missiyası zamanı bir könüllü düşmən dronunun zərbəsi nəticəsində həlak olub. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər dərhal Drujkovka şəhər xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir. Onlar təhlükəli zonalardan insanların çıxarılması ilə məşğul olurdular", – açıqlamada qeyd olunub.
Qorbunov əlavə edib ki, hücum nəticəsində "Kramatorsk Könüllülər Birliyi" ictimai təşkilatına məxsus minik avtomobili də zədələnib.
Oxşar xəbərlər
"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib
Rusiyanın Xalq artisti, tanınmış aktrisa Vera Alentova 83 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bu barədə aktrisanın uzun illər fəaliyyət göstərdiy...