Rusiya Kiyev vilayətinə ballistik raketlərlə hücum etdi: Ölən var
Rusiyanın Ukraynanın Kiyev vilayətinə ballistik raket hücumu nəticəsində Borispol rayonunda bir nəfər həlak olub, beş nəfər yaralanıb. Həmçinin anbar, avtomobil dayanacağı, nəqliyyat vasitələri, şəxsi evlər və yanacaqdoldurma stansiyası da zərər görüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz "Telegram" kanalında məlumat verib.
Timur Tkaçenkonun sözlərinə görə, xəsarət alanların sayı və onların vəziyyəti hazırda müəyyənləşdirilir. Hər kəsə lazımi tibbi yardım göstərilir.
Həmçinin "Baza" "Telegram" kanalının məlumatına görə, Kiyev vilayətindəki Borispol hava limanına güclü zərbə endirilib.
İlkin məlumatlara görə, aerodroma kaset döyüş başlıqlı təxminən yeddi raket düşüb və ərazidən böyük, qatı tüstü sütunu qalxır. Daha əvvəl orada Ukrayna hava hücumundan müdafiə mövqeləri və logistika obyektlər yerləşirdi.
Ötən gecə isə Rusiya qüvvələri Ukraynanın Cənub-Qərb dəmiryolunun nəhəng müəssisəsi olan Kiyevdəki "Darnitsa" lokomotiv deposuna zərbə endirib. Həmçinin "Brovarı" logistik mərkəzi də zərbəyə məruz qalıb. Çernomorsk və Yujnı limanlarında hərbi texnika ilə təchiz olunmuş anbarlar və Ukrayna Silahlı Qüvvələri üçün yanacaq çənlərinə də ziyan dəyib.
Oxşar xəbərlər
Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
Ukrayna qüvvələri avqustun 22-də Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk neftdaşıma kompleksinin yanacaq-sürtkü materialları rezervuarlarını vurub. BAKU.WS...