Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib
Rusiya Silahlı Qüvvələri Kiyev vilayəti və Odessa şəhəri daxil olmaqla Ukraynanın logistika və enerji infrastrukturuna qrup zərbələri endirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kiyev vilayətindəki "Çayki" logistika mərkəzi, Odessada və vilayətdə yanacaq çənləri və Ukrayna Silahlı Qüvvələrinə məxsus anbarlar hədəfə alınıb.
Məlumata görə, Kiyev yaxınlığındakı anbarlarda xarici istehsal olan ikili təyinatlı məhsullar saxlanılıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın liman və enerji infrastrukturu ilə yanaşı, Ukrayna ordusunun maraqları üçün istifadə olunan logistika mərkəzlərinə zərbələrin davam etdirildiyini açıqlayıb.
Oxşar xəbərlər
Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb
Avropa İttifaqında dondurulmuş Rusiya suveren aktivlərinin Belçikadakı "Euroclear" depozitarından çıxarılaraq xüsusi Avropa hüquqi strukturuna köçürülməsi təkli...