Rusiya kəşfiyyat gəmisi ikinci dəfə Böyük Britaniya sularına daxil olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya kəşfiyyat gəmisi ikinci dəfə Böyük Britaniya sularına daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Britaniya Rusiya casus gəmisini müəyyən etdikdən sonra Rusiyanın gizli əməliyyatlarından qorumaq üçün tədbirləri gücləndirib.
Müdafiə Nazirliyinin (MN) məlumatına görə, Rusiyanın "Yantar" adlı casus gəmisi bu həftə La-Manş boğazından keçib.
Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Böyük Britaniya Baltik dənizində kabellərin və digər dəniz infrastrukturlarının mühafizəsini gücləndirir, NATO-nun səylərinə kömək etmək üçün dəniz patrul və müşahidə təyyarələrini hazır vəziyyətə gətirib.
"Putinə mesajım aydındır. Biz sizin nə etdiyinizi bilirik və Britaniyanı qorumaq üçün güclü tədbirlər görməkdən çəkinməyəcəyik", - Healey çərşənbə günü deyib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə Böyük Britaniyanın bəyanatını şərh etməkdən imtina etmişdi.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...