Rusiya indi də Ermənistandan badımcan almağı dayandırdı
Rusiya ölkəyə Ermənistandan daha bir neçə növ ərzaq məhsulunun idxalına müvəqqəti qadağa qoyub.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat "Rosselxoznadzor"un rəsmi açıqlamasında yer alıb.
Bildirilib ki, qadağa bu dəfə tumlu bitkilər, badımcan, kartof və quru meyvələrə şamil edilir. Məhdudiyyət həm Ermənistanda istehsal olunan məhsullara, həm də onların Rusiya ərazisindən tranzitinə aiddir.
Qurum bu qərarı Avrasiya İqtisadi İttifaqı ölkələri tərəfindən "karantin nəzarətində olan məhsulların daxil olmasının təsdiqi üçün mexanizmlərin olmaması" ilə izah edib. Bildirilib ki, tədbir müvafiq təhlükəsizlik mexanizmi hazırlanana qədər qüvvədə qalacaq. Qadağanın nə vaxt aradan qaldırılacağı isə açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl də Rusiya Ermənistandan mineral su "Cermuk", tumlu və çəyirdəkli meyvələr, üzüm, albalı, gilas, ərik, gavalı, şaftalı və nektarin idxalına məhdudiyyətlər tətbiq etmişdi. Bundan əlavə, 2 iyundan etibarən Ermənistana Rusiyaya diri balıq və balıq məhsullarının ixracı üçün baytarlıq sertifikatlaşdırmasını dayandırmaq tapşırılıb.
Oxşar xəbərlər
Hakerlər süni intellekt müdafiəsi əleyhinə nüvə silahının hazırlanmasına dair sorğulardan istifadə edirlər
"Socket" şirkətinin kibertəhlükəsizlik sahəsindəki tədqiqatçıları proqram təminatı təchizat zənciri vasitəsilə hücumlar üçün nəzərdə tutulmuş yeni "Hades" zərər...