Rusiya gözəli 12 milyonluq zinət əşyasını ölkədən çıxardığı üçün saxlanıldı

"Miss Rusiya" və "Dünya gözəli 2015" titullarının sahibi Sofiya Nikitçuk Moskvanın Vnukovo hava limanında saxlanılıb.
BAKU.WS xəbər verir ki, o 12 milyon rubl dəyərində zinət əşyalarını qaçaqmalçılıq yolu ilə xaricə apararkən saxlanılıb.
Zinət əşyaları arasında "Patek Philippe" saatı, iki bahalı üzük və bir "Cartier" boyunbağısı olub. O bunların onun şəxsi əşyası olduğunu və açıqlama vermək istəmədiyini bildirib.
Zərgərlik məmulatları təxminən 12 milyon rubl dəyərində qiymətləndirilir.
Hazırda qaçaqmalçılıq və gömrük rüsumlarından yayınma faktları ilə bağlı cinayət işinin başlanması məsələsi həll edilir.
Nikitçuku 5 ilə qədər həbs cəzası gözləyir.
Oxşar xəbərlər
İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb
İsrail Qəzza zolağında quru əməliyyatına start verib. Bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bəyan edib. "Biz əməliyyat...
