Rusiya Donetskdəki Kotlyarovka yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində yerləşən Kotlyarovka yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.
BAKU.WS xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukrayna cəbhəsində mövqelərini gücləndirməyə davam edir. Bildirilib ki, "Mərkəzi Hərbi Qrup"un aktiv əməliyyatları nəticəsində Kotlyarovka yaşayış məntəqəsi nəzarət altına alınıb.
Son 24 saat ərzində Ukraynanın 129 bölgəsində hərbi hava limanı infrastrukturu, sursat istehsalı və anbarlar, pilotsuz uçuş aparatlarının yerləşdirildiyi ərazilər, habelə ukraynalı hərbçilər və xarici muzdluların müvəqqəti bazaları hədəfə alınıb.
Oxşar xəbərlər
Bu ölkələrdə rəsmi şəkildə bir neçə evliliyin ola bilər
Dünyanın bir sıra ölkələrində poligamiya - yəni bir kişinin eyni anda bir neçə qadınla rəsmi nikah bağlaması qanunla tanınır. Bu praktika əsasən İslam şəriətinə...
