Rusiya Dneprə raket zərbəsi endirib, ölən var
10
apr
2025
20:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 10-da Rusiya hərbçiləri Dnepr şəhərinə raket zərbəsi endirib, azı bir nəfər ölüb.
Bu barədə BAKU.WS "Report"a istinadən xəbər verir.
"Dnepr. Düşmən şəhərə raketlə hücum edib. Zərbə endirilən yerdə genişmiqyaslı yanğın baş verib. Mülki obyektin ərazisində dağıntılar var", - Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Serqey Lısak deyib.
O qeyd edib ki, ilkin məlumata görə, raket hücumu nəticəsində 42 yaşlı kişi ölüb, daha 3 nəfər isə yaralanıb.
Rusiya hərbçilərinin hansı obyekti vurduğu açıqlanmır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...