Rus qızı Avropanın ən gözəli seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
Krım əsilli Yuliya Pavlikova Livanın paytaxtı Beyrutda keçirilən "Miss Europe 2025" müsabiqəsinin qalibi olub.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, yarışda Ukrayna təmsilçisi ikinci, Bolqarıstandan olan iştirakçı isə üçüncü yeri tutub.
"Bu, bir daha sübut edir ki, arzular gerçəkləşir, iş və əzm həmişə mükafatlandırılır", - deyə Pavlikova sosial şəbəkələrdəki səhifəsində yazıb.
Pavlikova artıq üç beynəlxalq müsabiqənin - "Miss Earth", "Miss Grand International" və "Miss Universe"nin finalına çıxıb. O, həmçinin dəstəklərinə və qələbə münasibəti ilə təbriklərinə görə sevənlərinə təşəkkür edib.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...