Rus generala qarşı sui-qəsddə günahkar bilinən şəxs tutuldu
Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin Əməliyyat Baş İdarəsi rəisinin müavini, general-mayor Yaroslav Moskalik avtomobilinə yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində həyatını itirib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı bir nəfərin saxlanıldığı bildirilib.
Verilən rəsmi məlumata görə, saxlanılan şəxsin 1983-cü il təvəllüdlü İqnat Kuzin olduğu, Ukrayna kəşfiyyatına işlədiyi və bu ölkədə yaşamaq icazəsinə malik olduğu müəyyən edilib. İstintaqın açıqlamasında bildirilir ki, Kuzin törətdiyi əməldə günahını etiraf edib və 2023-cü ildən etibarən Ukrayna xüsusi xidmət orqanları üçün çalışdığını bildirib. Onun aldığı göstəriş əsasında sui-qəsdi həyata keçirdiyi qeyd olunub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
KİV: Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...