Rus dilini bilməyən miqrantlar İŞLƏYƏ BİLMƏYƏCƏK

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi ölkədə rus dilini bilməyən miqrantların xidmət sahəsində işə götürülməsini qadağan etmək niyyətindədir. Yeni qərar artıq hazırlanıb və yaxın zamanda qüvvəyə minməsi gözlənilir.
Rusiya KİV-lərinin məlumatına görə, xidmət sahəsində və vətəndaşlarla birbaşa ünsiyyət tələb edən vəzifələrdə yalnız rus dilində sərbəst danışa bilən əcnəbilərin çalışmasına icazə veriləcək. Bu kateqoriyaya sürücülər, satıcılar, həkimlər və digər bu tip ixtisaslar daxildir.
Nazirlik əlavə edib ki, miqrantların işə cəlb olunması artıq kvota əsasında tənzimlənəcək. Xüsusilə viza rejimi olan ölkələrdən - məsələn Çin, Hindistan, Türkiyə kimi ölkələrdən gələn əcnəbi mütəxəssislər bu kvotaya daxil ediləcək.
Bu dəyişikliklər "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna əsaslanaraq hazırlanıb və Dövlət Duması ilə Federasiya Şurası tərəfindən təsdiq edilib.
Qanunvericiliyə edilən dəyişikliklərin əsas məqsədi işçi miqrantların yerli cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və xidmət sahəsində ünsiyyət keyfiyyətini artırmaqdır.
Oxşar xəbərlər
KİV: Tramp Azərbaycan və Mərkəzi Asiya ölkələrini "İbrahim razılaşması"na cəlb etməyi planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası Azərbaycanın və bəzi Mərkəzi Asiya ölkələrinin İsraillə mövcud əlaqələrini dərinləşdirməyə ümid edərək, "İbrahim...