Rumıniyada qatarlar toqquşdu: Onlarla xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyanın Konstansa şəhərində baş verən dəmiryolu qəzası nəticəsində 28 nəfər xəsarət alıb.
Bu barədə "Agerpres" agentliyinə istinadla BAKU.WS xəbər verir.
Məlumata görə, hadisə Konstansa dəmiryol vağzalında baş verib. Yola düşmək üzrə olan sərnişin qatarı manevr edən digər qatarla toqquşub. Nəticədə 28 nəfər xəsarət alıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Rumıniya Milli Dəmiryol Şirkəti hadisə ilə bağlı açıqlamasında bildirib ki, hər iki qatar texniki araşdırmalar aparılması üçün ehtiyat xəttə yönləndirilib.
Nəqliyyat naziri Sorin Qrindyanu isə məsələni nəzarətdə saxladıqlarını və qəzanın səbəbləri tam müəyyən edildikdən sonra bu cür insidentlərin təkrarlanmaması üçün zəruri addımların atılacağını bildirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...