Rumıniyada müdafiə naziri vəzifəsi iqtisadiyyat nazirinə həvalə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyanın müdafiə naziri Yonuts Muştyanu tərcümeyi-halında təhsili haqqında yanlış məlumatların yer alması səbəbindən istefa verdikdən sonra bu vəzifə müvəqqəti olaraq iqtisadiyyat naziri Radu Mirutsaya həvalə ediləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rumıniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Rumıniyanın Baş naziri İlie Bolojan Yonuts Muştyanunun milli müdafiə naziri və baş nazirin müavini vəzifələrindən istefa ərizəsini diqqətə aldığını bildirib.
"Nazir vəzifəsinin müvəqqəti icrası üçün Rumıniya Prezidentinə iqtisadiyyat, rəqəmsallaşdırma, sahibkarlıq və turizm naziri Radu Mirutsanın namizədliyini təklif edəcəyəm", - Bolojan əlavə edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...