Ronaldo klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo bu il ABŞ-də keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə mətbuat konfransında bildirib.
Təcrübəli forvard bir neçə klubdan dəvət aldığını da təsdiqləyib:
"Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq klublararası dünya çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik".
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası turnirə qatıla bilməyəcək. Portuqaliyalı futbolçunun klubu ilə müqaviləsi iyunun 30-da başa çatır. Lakin tərəflərin yeni sözləşmə imzalayacağı ehtimal olunur.
Oxşar xəbərlər
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Aktrisa Cessika Alba sənətə gəldiyi ilk vaxtlarda sənəti və gözəlliyi ilə tez zamanda şöhrətin zirvəsinə yüksəldi. Bir neçə filmdə çəkildikdən sonra Hollivudu p...
