Quru əməliyyatı siqnalı - Yarım milyon əhali Livanı tərk etdi
Livanı havadan bombalamağa davam edən İsrail Ordusunun Şimal Komandanlığı Komandiri Ori Qordindən müharibəni fərqli bir ölçüyə daşıyacaq açıqlama verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Gordin Hizbullah ilə qarşıdurmalarda "yeni bir mərhələyə qədəm qoyduqlarını" müdafiə edib və Livana mümkün quru hücumuna hazır olmalı olduqlarını bildirib.
İsrail ordusunun Livana qarşı quru əməliyyatı siqnalı dünya ictimai rəyində geniş əks-səda doğurub.
Ölkə son 3 gündə minlərlə ailənin şimala və ya ölkə xaricinə çatmağa çalışdığı böyük bir miqrasiya hərəkatına şahidlik edir. Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib bildirib ki, İsrailin hücumları səbəbindən ölkə daxilində didərgin düşənlərin sayı yarım milyona yaxınlaşıb.
Livandan Suriyaya ən azı 5 min insanın keçdiyi bildirilir. Ekspertlər baş verənlərin 2006-cı ildə İsrail müharibəsindən sonra ən böyük humanitar böhran olduğunu vurğulayıblar.
Qalereya
Oxşar xəbərlər
Bayden səhvən özünü öz əri adlandırdı
ABŞ-nin hazırkı prezidenti Co Bayden Ağ Evdə ziyafətdə çıxışı zamanı özünü öz əri adlandırıb. BAKU.WS xəbər verir ki, görüntülər Ağ Evin yayımında yer alıb. "Mə...