Qoyunların qarın boşluğunda narkotik gizlədildi – 54,6 kiloqram metamfetamin ələ keçirildi

Qoyunların qarın boşluğunda narkotik gizlədildi – 54,6 kiloqram metamfetamin ələ keçirildi
Foto
Dünya 84

Türkiyənin Siirt vilayətinin Baykan rayonunda saxlanılan yük avtomobilində aparılan yoxlama zamanı qeyri-adi narkotik qaçaqmalçılığı faktı üzə çıxıb.

BAKU.WS kiçikbuynuzlu heyvanların qarın boşluğunda gizlədilmiş ümumilikdə 54 kiloqram 600 qram metamfetamin aşkar edilib.

Siirt və Hakkari vilayətlərinin polis idarələrinin narkotik və kəşfiyyat bölmələrinin birgə əməliyyatı zamanı avtomobilin qoşqusunda daşınan bəzi heyvanların qarın nahiyəsində tikiş izləri diqqət çəkib. Ətraflı baxış nəticəsində 29 qoyunun qarın boşluğuna narkotik maddə yerləşdirildiyi müəyyən olunub.

Aşkar edilən metamfetamin maddəsi götürülərək istintaqa təhvil verilib. Faktla bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatla bağlı açıqlamasında bildirib ki, narkotik tacirlərinin hansı üsula əl atmasından asılı olmayaraq, onlara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Son xəbərlər