Qorxunc göstərici - Bu xəstəlik COVİD-19-u geridə qoyaraq ən ölümcül yoluxucu xəstəlik oldu

Qorxunc göstərici - Bu xəstəlik COVİD-19-u geridə qoyaraq ən ölümcül yoluxucu xəstəlik oldu
Dünya 135

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni dərc olunmuş hesabatında 2023-cü ildə yoluxucu xəstəliklərdən ən çox ölüm nisbətinin qeydə alındığı xəstəlik açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru məlumat yayıb.

O, bildirib ki, xəstəliyin qarşısının alınması və müalicəsi üçün imkanlar olsa da, hələ də bu xəstəlikdən ölüm halının çox olması böyük "qalmaqaldır".

Hesabata görə, vərəm 2023-cü ildə COVID-19-u ötüb keçib və yoluxucu xəstəliklərdən ölüm nisbəti ən yüksək olan xəstəlik olub.

Hesabatda qeyd olunur ki, qlobal miqyasda xəstəliyin aradan qaldırılması səyləri hələ də ciddi maneələrlə üzləşir. Bu rəqəm təşkilatın 1995-ci ildə qlobal vərəm monitorinqinə başlamasından bəri qeydə alınan ən yüksək rəqəm olub və 2022-ci ildə bildirilən 7,5 milyon hadisə ilə müqayisədə artıb.

Qeyd olunub ki, xəstəliyə yoluxanların 98 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür. Bu ölkələr əhəmiyyətli maliyyə çatışmazlığı ilə üzləşirlər.

Oxşar xəbərlər

Castin və Heyli ayrılıb?

Castin və Heyli ayrılıb?

Bir neçə gün əvvəl Heyli Biberin 28 yaşı tamam olub. Bu yaxınlarda ilk dəfə ana olan model özəl gününü yaxınları ilə birlikdə qeyd edib və görüntüləri sosial şə...

128 Dünya 23:02 24 noyabr 2024

Son xəbərlər