Qonşu ölkədə güclü yağış və qar gözlənilir: 6 əyalət üçün sarı xəbərdarlıq

Türkiyə Meteoroloji xidmətin proqnozuna görə, ölkədə havanın əsasən buludlu keçəcəyi, şimal, daxili və şərq bölgələrində hava temperaturunun mövsüm normallarından 6–10 dərəcə aşağı olacağı bildirilir.
BAKU.WS xəbər verir ki, Marmara bölgəsinin şərqi, Doğu Aralıq dənizi, İç Anadolu"nun cənub və şərqi, Qara dəniz, Şərqi və Cənub-Şərqi Anadolu əyalətlərində yağışın olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar və qarla qarışıq yağış müşahidə ediləcək.
Meteorologiya 6 əyaləti sarı kodla xəbərdar edib:
-
Adana: göy gurultulu yağış
-
Artvin: güclü yağış və qar
-
Hatay: göy gurultulu yağış
-
Rize: güclü yağış və qar
-
Trabzon: güclü yağış və qar
-
Osmaniye: göy gurultulu yağış
Xəbərdarlığa görə, vətəndaşların ehtiyatlı olmaları və xüsusilə dağlıq ərazilərdə hərəkətdə diqqətli olmaları tövsiyə olunur.
Oxşar xəbərlər
Keçmiş ABŞ Prezidenti Bayden radyoterapiya almağa başlayıb
Keçmiş ABŞ Prezidenti Bayden prostat xərçəngi səbəbindən müalicə alır. BAKU.WS xəbər verir ki, keçmiş ABŞ Prezidenti Co Baydenə may ayında prostat xərçəngi diaq...
