Qonşu ölkə metrosunda DƏHŞƏT - Yaşlı qadın 13 yaşlı qızı relslərə itələdi - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva metrosunda qadın sərnişin 13 yaşlı qızı relslərə itələyib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkə KİV-ləri məlumat yayıb.
Videoda qızın platformada dayanıb qatarı gözlədiyi, qadının isə onu relslərə itələdiyi görünür. Xoşbəxtlikdən, məktəbli qız qatar gəlməmişdən əvvəl platformaya qayıtmağı bacarıb.
Bildirilib ki, hadisə 9 noyabrda Taqanskaya stansiyasında baş verib. Moskva İstintaq Komitəsinin məlumatına görə, hadisəyə qadınla qız arasındakı düşmənçilik səbəb olub. Uşaq qohumlarının himayəsindədir və təhlükə altında deyil.
Qadın saxlanılıb və ona qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 30-cu hissəsi - qəsdən adam öldürməyə cəhd ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...