Qlobal istiləşmə şəhərlərdə siçanların sayını artırır

Qlobal istiləşmə şəhərlərdə siçanların sayını artırır.
BAKU.WS xəbər verir ki, Science Advances jurnalında yayımlanan araşdırmaya görə, qlobal temperatur artdıqca şəhərlərdə siçan populyasiyası sürətlə artır. Vaşinqton, San-Fransisko, Toronto və Nyu-York da daxil olmaqla 16 şəhər araşdırılıb və 11 şəhərdə siçan sayında ciddi artım müşahidə edilib.
Məsələn, son 10 ildə Vaşinqtonda siçanların sayı 390%, San-Fransiskoda 300%, Torontoda 186%, Nyu-Yorkda isə 162% artıb. Torontoda vəziyyət xüsusilə kritikdir və şəhər rəhbərliyi siçanlarla mübarizə üçün xüsusi idarəetmə planı hazırlamağı planlaşdırır.
Mütəxəssislərin fikrincə, istiləşmə siçanların il boyu çoxalmasına və qida tapmasını asanlaşdırır. Əvvəllər soyuq qışlar təbii "zərərverici nəzarəti" rolunu oynasa da, daha yumşaq iqlim şəraiti siçanların sayını qoruyub saxlamağa kömək edir.
Bəzi şəhərlərdə isə əksinə, siçanların sayı azalıb. Tokioda təmizlik mədəniyyəti, Yeni Orleanda isə maarifləndirmə tədbirləri siçan istilalarının qarşısını almaqda təsirli olub.
Tədqiqatçılar hesab edirlər ki, şəhərlər siçanları məhv etməyə deyil, onların əsas qida mənbələrini - tullantıları və yemək qalıqlarını idarə etməyə fokuslanmalıdır.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
