Qlobal bazarda kömürün qiymətləri kəskin şəkildə artıb
İranda İsrail-ABŞ əməliyyatı fonunda, Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü dayandıran termal kömür qiymətləri cəmi 24 saat ərzində 8,6 faiz artaraq 2024-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Asiya bazarı üçün etalon olan Avstraliyanın Nyukasl şəhərindən kömürün qiyməti ton başına 128,7 dollara yüksəlib. Avstraliyanın "Whitehaven Coal Ltd" və "New Hope Corp" kömür şirkətlərinin səhmləri beş faizdən çox artıb.
Alıcılar, Qətərin Ras Laffan zavodunun İranın dron hücumu səbəbindən 30 ildə ilk dəfə bağlanması ilə əlaqədar olaraq, LNG tədarükündə mümkün uzunmüddətli fasilələrə hazırlaşırlar. Zavod dünya LNG tədarükünün təxminən 20 faizini təşkil edir. Onun bərpası üçün heç bir zaman cədvəli açıqlanmayıb.
Bu fonda Avropa bazarında qazın qiyməti 2025-ci ilin fevral ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 550 dolları keçib. "The New York Times" (NYT) qəzetinin məlumatına görə, Hörmüz boğazından enerji təchizatı ilə bağlı problemlər də Asiyanın əsas iqtisadiyyatları üçün ciddi risklər yaradır. Xüsusilə, Çin neftinin təxminən yarısını Yaxın Şərqdən idxal edir və münaqişə uzanarsa, ciddi nəticələrlə üzləşəcək.
Oxşar xəbərlər
Tramp: Biz İranı bir saat ərzində məhv edə bilərdik
ABŞ İranın aviasiyasını və hərbi donanmasını məhv edib və fəaliyyətini daha sərt şəkildə davam etdirəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə...