"Qiyamət Radiosu"ndan İran-İsrail münaqişəsi ilə bağlı siqnallar

İnternetdə "Qiyamət günü radiostansiyası" kimi tanınan UVB-76 nömrə stansiyasının mesajları ilə İran-İsrail münaqişəsi arasında mümkün əlaqə barədə məlumatlar peyda olub.
BAKU.WS xəbər verir ki, bu barədə bazar ertəsi, iyunun 16-da "UVB-76 logs" "Telegram" kanalında məlumat verilib.
İstifadəçilərdən biri qeyd edib ki, stansiyanın ötürdüyü bəzi rəqəmlər İranın paytaxtı yaxınlığındakı ərazinin koordinatları ilə qismən üst-üstə düşür.
"9064-ün 35,9064° ş., 6939-un isə 51,6939° şərqə olduğunu fərz etsək, bu koordinatlar Tehran ərazisinə düşür", – istifadəçi teleqram kanalında yazıb.
Oxşar xəbərlər
İran: "Uzunmüddətli müharibəyə hazırıq"
İran uzunmüddətli müharibəyə tam hazır olduğunu bəyan edib. BAKU.WS xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasının teleqram kanalında yayılan...
