"Qiyamət günü" radiostansiyası yenidən sirli siqnallar yayımladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada "Qiyamət günü radiostansiyası" kimi tanınan UVB-76 efirə növbəti dəfə müəmmalı mesajlar ötürüb.
BAKU.WS xəbər verir ki, bu barədə radiostansiyanın fəaliyyətini izləyən "UVB-76 Logs" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, efirdə "kazus" , "lisolaos" və "znakosrub" sözləri səsləndirilib. Sirli mesajlar Bakı vaxtı ilə saat 13:32-dən 13:53-dək təxminən 10 dəqiqəlik fasilələrlə yayımlanıb.
UVB-76 uzun illərdir fasilələrlə yayımladığı anlaşılmaz siqnallar və kod sözləri ilə diqqət çəkir. Radiostansiyanın əsl təyinatı rəsmi olaraq açıqlanmasa da, onun hərbi rabitə sistemi ilə əlaqəli olduğu barədə müxtəlif ehtimallar mövcuddur.
Qeyd edək ki, bu radiostansiya yayımladığı müəmmalı mesajlar səbəbindən illərdir dünyanın müxtəlif ölkələrində radio həvəskarları və tədqiqatçıların diqqət mərkəzindədir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...