Qırğızıstan Prezidenti yanında Dövlət Mühafizə Xidməti yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstan Prezidenti Sadır Japarov Dövlət Mühafizə Xidmətinin yaradılması barədə fərman imzalayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin 9-cu xidməti bazasında yaradılacaq yeni qurum mühafizə olunan şəxslərin və obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olacaq.
Qeyd olunub ki, Dövlət Mühafizə Xidməti birbaşa ölkə Prezidentinə tabe olan və ona hesabat verən xüsusi dövlət orqanı olacaq.
Xidmətin sədri və onun müavinləri dövlət başçısı tərəfindən vəzifəyə təyin olunacaq və vəzifədən azad ediləcək.
Nazirlər Kabinetinə fərmanın həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb. Fərman dərc edildiyi gündən etibarən qüvvəyə minir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...