Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı: Pilot öldü, qadın sərnişin xilas edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə, Sivrihisardan havaya qalxan və Rizəyə gedərkən qəzaya uğrayan reaktiv təyyarənin qalıqları Rizə-Bayburt sərhədində tapılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə Rize valisi İhsan Səlim Baydaş açıqlama verib.
Onun sözlərinə görə, pilot ölü, dostu isə sağ tapılıb.
Xatırladaq ki, ötən axşam Eskişəhərin Sivrihisar rayonundan havaya qalxan pilot Mehmet Dəmirçinin idarə etdiyi M20J tipli tək mühərrikli təyyarə Ərzurum-Rizə-Bayburt sərhədində qəzaya uğrayıb. Axtarışlara hərbi helikopter və ətraf vilayətlərdən AFAD qrupları dəstək verib.
Qadın sərnişin yaralı halda kameraya əl yelləyib.
Təyyarənin qalıqları Rize-Bayburt sərhədində JAK qrupu tərəfindən tapılıb. Rize valisi İhsan Səlim Baydaş sərnişin Hicran Qayanın yaralı olaraq xilas edildiyini, pilot Mehmet Dəmirçinin isə həyatını itirdiyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...