Qazaxıstanın cənubunda daha bir zəlzələ baş verib
28
mar
2025
17:09
Qazaxıstanın cənubunda 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS-in Qazaxıstan KİV-ə istinadən verdiyi məlumata görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirir ki, yeraltı təkanlar martın 28-də, yerli vaxtla saat 15:56-da baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi isə zəlzələnin episentrinin Qırğızıstan ərazisində olduğunu açıqlayıb. Hadisə nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, martın 27-dən 28-nə keçən gecə bölgədə artıq bir zəlzələ baş vermişdi.
Oxşar xəbərlər
Buralarda yavaş gedən maşın dron qurbanıdır: "Səhərki hücumun qarşısını tanışım aldı"
- Buraxacaqsınız, gedim, yoxsa yox? - Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istə...