Qazaxıstanda 2 mindən çox məhkum azadlığa buraxıldı
Qazaxıstan hakimiyyəti ölkə Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə imzalanan əfv fərmanı çərçivəsində 2 mindən artıq şəxsi azadlığa buraxıb.
BAKU.WS xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin Dövlət Penitensiar Xidmətindən bildirilib ki, əfv qərarı ümumilikdə 11 min məhkuma şamil olunub. Aparılan araşdırmalar nəticəsində probasiya nəzarətində olan şəxslər arasında qadınlar və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla 2888 nəfər cəzadan tam azad edilib.
Bununla yanaşı, 7600-dən çox məhkumun cəza müddəti azaldılıb. Əfv olunan şəxslərin cəmiyyətə reinteqrasiyasını asanlaşdırmaq məqsədilə onlar üçün məşğulluq imkanları, sosial və psixoloji dəstək, eləcə də məsləhət xidmətləri təşkil olunub.
Oxşar xəbərlər
Hakan Fidan və Abbas Əraqçı arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Hakan Fidanla İranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, məlumatı "TRT Haber" yayıb...