Qazaxıstan XİN Xəzər Boru Kəməri Konsorsiumuna hücumu pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) infrastrukturuna hücuma etiraz edir.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Bu hadisə beynəlxalq hüquqla qorunan mülki obyektə qarşı üçüncü təcavüz aktıdır", - bəyanatda deyilir.
Nazirlik Xəzər Boru Kəməri Konsorsiumunun qlobal enerji sisteminin sabitliyinin qorunmasındakı rolunu vurğulayıb.
"Biz bu hadisəni Qazaxıstan Respublikası ilə Ukrayna arasında ikitərəfli münasibətlərə zərər verən akt kimi qiymətləndiririk və Ukrayna tərəfinin bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün konkret tədbirlər görməsini gözləyirik", - nazirlik bəyanatını yekunlaşdırıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...