Qatlanan iPhone-nun qiyməti bilindi - Ən bahalı kompüterindən daha BAHADIR

Apple şirkəti yaxın iki il ərzində qatlana bilən smartfon buraxmağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "Appleinsider" məlumat yayıb.
Mütəxəssislərin hesablamalarına görə, ilk qatlanan displeyli iPhone-un qiyməti ən azı 2300 dollar olacaq. Müqayisə üçün qeyd edək ki, flaqman iPhone 16 Pro Max 1200 dollardan, ən güclü Apple Mac Studio kompüteri isə 2000 dollardan başlayır.
Bildirilir ki, qatlana bilən smartfonun bahalı hissələri var. Eyni zamanda, daha böyük yaddaş tutumu olan daha təkmil versiyalar bir neçə yüz dollar baha başa gələcək. Analitiklər cihazın qiymətini Apple-ın Asiyadakı tədarük zəncirini təhlil edərək öyrənib. Bu məlumat onlara ilk qatlana bilən iPhone-un 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində mövcud olacağını anlamağa kömək edib.
"Appleinsider" jurnalistlərinin fikrincə, qatlanan Apple smartfonunun qiyməti rəqabət qabiliyyətli modellərlə müqayisədə həddindən artıq yüksək olacaq.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
