Qara dənizdə zərbə alan "Kairos" və "Virat" tankerləri ilə bağlı yeni məlumat açıqlanıb
30
noy
2025
18:37
Qara dənizdə hücuma məruz qalan "Kairos" və "Virat" tankerləri ilə bağlı son durumla əlaqədar məlumat yayılıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilir ki, "Kairos" gəmisində baş verən yanğın artıq tam olaraq söndürülüb. "Virat" tankeri ilə bağlı isə proses davam edir – gəminin Türkiyə ərazisinə gətirilməsi istiqamətində işlər sürdürülür.
Qeyd edək ki, hər iki tanker Qara dəniz akvatoriyasında zərbə nəticəsində zədələnmişdi.
Oxşar xəbərlər
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. BAKU.WS "Rep...