Qara dənizdə iki tankerin qəzaya uğraması neft sızmasına səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Qara dənizdə fırtına nəticəsində iki tanker - "Volqoneft-212" və "Volqoneft-239" qəzaya uğrayıb. Göyərtəsində ümumilikdə 29 nəfərlik ekipaj olan tankerlərdən birinin burun hissəsi qopub.
BAKU.WS xəbər verir ki, hadisə zamanı 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşərək təhlükəsizliyini qorumağa çalışıb.
Xilasetmə əməliyyatına dərhal start verilib. Rusiyanın FHN tərəfindən Mi-8 helikopteri, iki gəmi və əlavə resurslar hadisə yerinə göndərilib.
Neft sızmasının qarşısını almaq üçün "Dəniz Xilasetmə Xidməti" və FHN tərəfindən tədbirlər görülür. Hadisənin sahildən 8 km aralıda baş verdiyi bildirilib. Qəzaya səbəb kimi güclü fırtına göstərilir.
❗️Two Volgoneft tankers are sinking following a storm in the Kerch Strait. There are 13 and 14 people on both of the vessels. Emergency services have been deployed pic.twitter.com/uo6QhiJtI7
— RT (@RT_com) December 15, 2024
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...