Qaqarin Beynəlxalq Hava Limanı gediş və gəliş üçün müvəqqəti olaraq bağlanıb - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Saratov şəhərində hava limanı PUA hücumu təhlükəsi səbəbilə müvəqqəti bağlanıb.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat verib.
Rusiyanın Saratov şəhərində yerləşən Qaqarin Beynəlxalq Hava Limanı gediş və gəliş üçün müvəqqəti olaraq bağlanıb. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı barədə məlumat verilməyib.
Əvvəlcə Saratov vilayətinin qubernatoru Roman Busarqin bölgədə 31 oktyabrda mümkün PUA hücumuna dair xəbərdarlıq edib. Onun sözlərinə görə, bu məlumat Müdafiə Nazirliyindən daxil olub və bölgədə bütün müdafiə vasitələri tam hazırlıq vəziyyətinə gətirilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...