Qadın yağışlı havada üstünə maşınla su sıçradan sürücüyə atəş açıb

Qadın yağışlı havada üstünə maşınla su sıçradan sürücüyə atəş açıb
Dünya 311

Rusiyanın Krasnoyarsk vilayətində qəribə olay yaşanıb. Belə ki, yerli sakin yoldan keçən avtomobil gölməçədən üzərinə su sıçratdığı üçün ona atəş açıb.

BAKU.WS xəbər verir ki, bu barədə "MVD Media" məlumat yayıb.

İstintaqın məlumatına görə, 2024-cü ilin sentyabrında 24 yaşlı qız pəncərəsi açıq olan avtomobilin sərnişin oturacağında hərəkət edərkən, başqa bir avtomobil onları keçib. Bu zaman sərnişinin üzərinə gölməçədən su sıçrayıb.

Qəzəblənən Krasnoyarsk sakini çantasından pnevmatik tapança çıxarıb və həmin avtomobilə bir neçə dəfə atəş açıb. Metal güllələr avtomobilin gövdəsini, arxa qapısını, farasını və şüşəsini deşib.

Bundan sonra zərərçəkən hadisə barədə polisə məlumat verib. Atəş açmaqda təqsirləndirilən şəxsə qarşı cinayət işi açılıb, o, ərazini tərk etməmək barədə yazılı öhdəlik götürüb və dəymiş ziyanı qismən ödəyib.

Son xəbərlər