Putin: Ukrayna qoşunları tutduqları ərazilərdən çıxacaqsa, döyüş əməliyyatları da dayanacaq
Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları onun öz qoşunlarını geri çəkəcəyi halda dayandıracaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz hələ də müxtəlif yerlərdə döyüş əməliyyatlarının dayandırılması barədə "çağırışlar" alırıq. Ukrayna qoşunları tutduqları ərazilərdən çıxacaqsa, döyüş əməliyyatları da dayanacaq. Çıxmayacaqlarsa, biz buna silahlı yolla nail olacağıq", - Putin qeyd edib.
Onun sözlərinə görə, düşmən üçün ən böyük problem onun təmas xəttinə göndərməyə qadir olduğu hərbçilərin sayı ilə itkilər arasındakı fərqin artmasıdır. Ukrayna Silahlı Qüvvələri təkcə oktyabr ayında 47,5 min hərbçi itirib.
Oxşar xəbərlər
"Tanrıların Maşınları"nın yazarı Erix fon Deniken vəfat etdi
Antik sivilizasiyaların dünya xarici varlıqlarla əlaqəsi olduğunu iddia edən və "Tanrıların Maşınları" kitabı ilə tanınan İsveçrəli yazar Erix fon Deniken, 90 y...