Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin cümə günü, yanvarın 10-da Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin görüşdə Təhlükəsizlik Şurasının nümayəndələri ilə Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün hazırlanması və qeyd olunması zamanı təhlükəsizliyin təmin edilməsi tədbirlərini müzakirə edib.
Rusiya prezidenti buna qədər 2025-ci ili Vətən Müdafiəçisi İli elan etmişdi. Bu il xüsusi hərbi əməliyyatların iştirakçılarına və əcdadların qəhrəmanlıq nümunələrinə həsr ediləcək.
Həmçinin, Putin xatırladıb ki, bu il Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bu hadisə həm Rusiya xalqı, həm də dünya tarixində mühüm əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...